“Ekstazi”ni kəşf edən öldü

4-06-2014, 10:32   
“Ekstazi”ni kəşf edən öldü
Amerikalı kimyaçı və farmakoloq, Rusiya əsilli Aleksandr Şulqin iyunun 2-də ölüb.

O, həm də narkotik maddə “ekstazinin xaç atası”, onu kəşf edəndir.

İki həftədən sonra onun 89 yaşı tamam olacaqdı.

A.Şulqin 230-dək psixoaktiv maddə kəşf edib və onun təsvirini verib. “Ekstazinin xaç atası” kəşf etdiyi bütün preparatları özünün, rəfiqəsi Enn və bir qrup dostunun üzərində sınaqdan çıxarırmış.

1965-ci ildə o, Berklidə, öz evində şəxsi laboratoriyasını qurub.

1976-cı ildə Şulqin “MDMA”-nı sintez edərək, psixoloqlara bunu əlavə olaraq, terapevtik müalicə zamanı istifadə etməyi məsləhət görüb.

1980-ci illərdə “ekstazi”dən minlərlə həkim istifadə edib.

1985-ci ildə bu maddə narkotik maddə kimi qadağan olunub.

Bundan sonra “ekstazi”-nin ABŞ və Avropa, son illər isə keçmiş SSRİ-dəki gecə klublarına “əzəmətli yürüşü” başlayıb.

Maraqlıdır ki, onun məhsulları Azərbaycana da gəlib çıxıb. Bir müddət əvvəl bəzi oliqarxların və digər tanınmışların övladları və qohumları məhz həm də “ekstazi”dən istifadə etdiklərinə görə mühakimə olunmuşdular.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.