Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda dəhşət: 3 nəfər birdən öldü

4-06-2014, 10:33   
Bakıda dəhşət: 3 nəfər birdən öldü
Paytaxtın Suraxanı rayonunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib.

Zığ qəsəbəsi yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb.

“Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxarılaraq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar