Sibir Federal Dairəsinin ərazisində 1994 hektar ərazini əhatə edən 9 meşə yanğını baş verib.
Bu barədə Rusiya Meşə Təsərrüfatı Departamenti məlumat yayıb.
Məlumata görə, Zabaykalyedə 1970 hektar ərazini əhatə edən 5, Buryatiyada 3, Tuvada isə 1 meşə yanğını qeydə alınıb. Tuva və Zabaykalyedə 4 meşə yanğını söndürülüb. Sutka ərzində isə Sibir Federal Dairəsində 871 hektar ərazini əhatə edən 17 meşə yanğınının qarşısı alınıb.
Yanğının söndürülməsi üçün 173 meşə mühafizəsi mütəxəssisi, yanğınsöndürən-desant, 28 yanğınsöndürmə texnikası, o cümlədən 6 hava bortu cəlb olunub.
Yanğın baş verən vilayətlərdə fövqəladə vəziyyət elan olunub.