Misirin sabiq müdafiə naziri Abdel Fəttah əs-Sisi ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.
Misir Mərkəzi Seçki Komissiyası (MSK) 26-528 may tarixlərində keçirilən prezident seçkilərinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən əs-Sisi seçicilərin 96,91%-nin səsini toplaya bilib.
Sisinin seçkilərdəki yeganə rəqibi Hamdən Səbbahini misirlilərin 3,09%-nin səsini toplayıb.
Misirdə keçirilən seçkilərdə seçici fəallığı 47,75% olub. Seçici fəallığının az olduğunun əsas gətirən Misir MSK-ı seçkilərin gününün daha bir gün uzadıb.
Əs-Sisi yaxın dörd ildə Misir prezidenti olacaq. İlkin məlumatlara görə, yeni prezidentin inauqurasiya mərasimi iyunun 8-də keçiriləcək.