İsraildə çəkilən reklam çarxı sosial şəbəkələrədə böyük rezonansa səbəb olub. ANS PRESS-in məlumatına görə, bu reklam roliki həm İsrail, həm də dünyada qalmaqal yaradıb.
Belə ki, İsrail Müdafiə Qüvvələrinin xanım əsgəri Lin Zemah video rolikdə lüt soyunub. Reklam isə İsrailin iqtisadi vəziyyətinin ağır olmasına etiraz əlaməti olaraq çəkilib. Reklam çarxı isə “Hökumət bizi soyur” adı ilə yayımlanıb.
Lin Zemah reklam yayımından sonra “Walla Haber Portalı”na müsahibə verərək bildirib ki, bəlkə bu videodan sonra. İsrail hökuməti ölkənin ağır iqtisadi vəziyyətdə olması barədə düşündü.
“Bəlkə bu video sayəsində rəsmilər bu problemlə maraqlandılar”, - deyə Lin Zemah bildirib.
ANS PRESS dünyada əks-səda yaradan videonu təqdim edir.
[media=https://www.youtube.com/watch?v=1NWuu0fDR48]