Filialın sabiq direktoru dosent İsa Veyisovun saxta diplom əməliyyatı ilə özü-özünü dolaşdıraraq korrupsiyada suçulanması və bir neçə maddə ilə bu günlərdə haqqında həbs qətimkan tədbirinin seçilməsi Qazaxda o qədər də müsbət qarşılanmayıb. Ona görə ki, kim cinayət tərkibli işə sövq edəndə məsuliyyətini fikirləşir? Əlbəttə, heç kim. Guya korrupsioner təkcə İsa Veyisovdumu? İsadan da betər minlərlə insanlar tanıyırıq ki, “başı dik” gəzirlər. Nə isə..
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında indi də Afaq Qasımova əyləşib. Səhv etmiriksə düz 2 il 4 aydır. Filialda elə bir dəyişiklik nəzərə çarpmır. Yalnız binanın estetik görünüşündən savayı. Tələbələrə dərs deyən müəllimlərin çoxunun savad dərəcəsi həmişəki qaydadadır. Xanımın xoşuna gəlməyən, qabağından yeməyən, sözünün üstünə söz qoyanlar və nahaqla barışmayanlar həmin dəqiqə əsassız olaraq işindən uzaqlaşdırıldı. Tədris işləri üzrə direktor müavini dosent Nizaməddin Babanlı təyin edilsə də, Afaq Qasımova onunla yola getməyəcəyini anlayıb, çoxbilmiş Aqiyyə Naxçıvanlının əli ilə onu filialda işləyən Məmməd Yusifovla əvəzləyə bildi. Qeyri – qanuni yollarla filialda “məhəg daşı” rolunu oynayan Qiymət Bağırovanı, İlham Əliyevi cüzi bir məsələnin üstündə işdən kənarlaşdırdı. Yenicə yaradıcılıqla məşğul olan baş müəllimə İlhamə Qəsəbovanı Bakıya yola saldı. Filialda yalnız onun sözünü deyən, havası ilə havalaşanlar qaldı. Tələbələrin biliyinə qiymət verilməsı Afaq Qasımovanın özünün yaratdığı “mərkəzləşmış” qaydaya keçdi. Hər gün Gəncədən Qazağa gəlib – gedən xanımın enerjini haradan alması şübhə altındadır.
Afaq Qasımova onu da İsa Veyisovun aqibəti gözləyən, müəllimlər institutunun Gəncə filialının sabiq direktoru, professor Ramiz Məmmədovun yetirməsidir. O Ramiz Məmmədovun ki, əgər İsa Veyisov millətə 1000-ə yaxın saxta diplom vermişdirsə, Ramiz Məmməodov 5000-ə yaxın saxta diplom verib. Məsələ burasıdır ki, Ramiz Məmmədovun diplom alveri zamanı Afaq Qasımova institutun Gəncə filialında tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı. Kim inanar ki, bu işlərdə Afaq Qasımovanın rolu işləməyib? Dəqiq məlumatdır ki, Afaq Qasımovanı Qazağa Ramiz Məmmədov təyin etdirib. Çünki, Ramiz Məmmədovla müəllimlər imstitutunun rektoru Aqiyyə Naxçıvanlı “cici-bacı” olublar. Aralarından su da keçməyib. Ramiz Məmmədovla İsa Veyisovun saxta diplom əməliyyatında birlikdə “iş aparması” elə də açılmayan sirr deyil. İsa Veyisov filialdan çıxarılan kimi, Afaq Qasımovanın Gəncədən yol basa-basa Qazağa gəlişinin səbəbkarı ona görə Ramiz Məmmədov oldu ki, onun adları saxta diplom sifarişində olan, guya Qazax filialında təhsil alan tələbələrinin işi ört-basdır edilsin. Lakin Ramiz Məmmədova da vəzifə vəfa etmədi…
Afaq Qasımovanın üstünlüklərindən biri də, filialın tədris işlərini arxa plana keçirib, mənasız tədbirlərdə fəal iştirakıdır. Yəni, sadəcə xanım direktor özünü qabaqda görməyi daha çox xoşlayır. Təbii ki, şöhrətpərəslik qadınlarda kişilərdən daha çox üstündür. Filialda onunla rəfiqəlik edənləri rayon əhalisi beşbarmağı kimi tanıyır. Xanımın filialda çalışanlar arasında get-gedə azalan nüfuzu, yay-qış semestrlərdə korrupsiya və rüşvətxorluğa yuvarlanması və canına vəlvələ salan Ramiz Məmmədov haqq-hesabları, yəqin ki, onun da tezliklə yerinə su salınmasından xəbər verir.