Bakı Biznes Universitetinin tələbələri rüşvətə qarşı etraz edir.
Adıçəkilən universitetdə qeyri qanuni olaraq tələbə qəbululu ilə məşğuldurlar.
Bu isə Bakı Biznes Universitetinə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanla təhsil ocağına qəbul olan tələbələrin narazılığıa səbəb olub.
Məlumata görə, daxili imtahanlara ali təhsil ocağının rektor İbad Abbasov şəxsən nəzarət edir. Universitetdə boş qalan yerlər üçün nəzərdə tutulduğu deyilən qəbul prosessi tamamilə qanunsuzdur və heç br dövlət qrumu nəzarətə cəlb olunmur. Bildiyimiz kimi ölkədə bütün ali məktəblərə TQDK-nın keçirdiyi imtahanlarda uğur qazanmış gənclər təhsil ala bilər.
Qeyd edək ki, adıçəkilən universitetə qanunsuz qəbul olunan tələbələrdən 15-20 min pul alınır. Artıq bu yolarla adıçəkilən universitetə onlarla tələbənin təhsil aldığı deyilir.
İbad Abbasovun rəhbərlik etdiyi universietdə rəhbərliyin göstərişi ilə buraxılış işi ilə bağlı böyük rüşvət mexanizmi qurulub. Belə ki, universitet rəhbərliyi 4-cü kursu bitirən tələbələrdən diplom işininin yazılmasına hazırlıq görülməsi məqsədi ilə universitetin tərkibində yeni kurs yaradıb. Kursun qiyməti isə fakültələrdən asılı olaraq 700-1200 manat arasında dəyişir.
Məlumatlar arasında imtahanlar zamanı tələbələrdən rüşvət alındığı da yer alıb.
Univeristet rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq…