Bakıda təhsil işçisinin evində yas: nankor övlad içki üçün xəstə anasını öldürdü

4-06-2014, 15:45   
Bakıda təhsil işçisinin evində yas: nankor övlad içki üçün xəstə anasını öldürdü
Mərhumun yaxınları Milli.Az-a bildiriblər ki, Esmira Əzizova Sabunçu rayon Təhsil Şöbəsində çalışırmış. On ilə yaxındır xərçəng xəstəsi olan E.Əzizova öz dərdini unudaraq bir qız, bir də onu öldürən oğlu Elvini böyüdüb boya-başa çatdırıb. Sonra da spirtli içkiyə qurşanan Elvini anası bu yoldan çəkindirmək üçün böyük çətinliklər çəkib.

Hadisə də məhz oğlunun spirtli içki içməsinin nəticəsində baş verib. Dünən Elvin sərxoş halda evdən getmək istəyəndə Esmira qapını açarla bağlayaraq onu buraxmayacağını deyib. Əsəbləşən Elvin bıçaq götürərək əvvəl özünü vuracağı ilə anasını hədələyib, sonra isə bıçağı Esmiraya vurub. Zərbələrdən dərhal ölməyən Esmira dərhal işdə olan həyat yoldaşına zəng edib və oğlu tərəfindən bıçaqlanmağını deyib. Səsə gələn qonşular qapını qıraraq içəri giriblər. Bu zaman Elvin qorxudan özünü eyvandan atıb. Ayaqları və qolu sınıb.

Onu da əlavə edək ki, Elvinin atası isə peşəkar qarmon ifaçısı olub. Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın ansamblında uzun müddət müşayiət edib. Sonradan ağır yol qəzası keçirəndən sonra əlil olub və əl ağacı ilə gəzməyə başlayıb və sənətini davam etdirə bilməyib.

----------
10:26

Anasını öldürən gənc ağır vəziyyətdə olsa da, polisin suallarını qısaca cavablandırıb. Milli.Az-ın məlumatına görə, anası Esmira Əzizovanı öldürəndən sonra qaçmaq istəyən Elvin özünü 3-cü mərtəbədən atıb. Ayaqları və qolları sınan Elvin xəstəxanadadır. Vəziyyəti ağır olan Elvin polisin “ananı niyə öldürdün” sualına qısaca belə cavab verib: “O ölməliydi. Çoxdan ölməliydi, mən də öldürmüşəm”.

Avara həyat tərzi keçirən Elvinin anasını hansı səbəbdən öldürməsi istintaqın gedişində məlum olacaq.

----------
10:15

Bakıda oğul anasını öldürüb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 22 yaşlı Elvin Əzimov ötən gecə saat 03 radələrində 46 yaşlı anası Esmiranın qanını axıdıb. Səs-küyə gələn qonşuları görən Elvin özünü 3-cü mərtəbədən atıb. Ana və oğul ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Elvinin həyatını həkimlər xilas etsələr də, ana əməliyyat masasında canını tapşırıb.

Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Oğulu anaya qarşı bıçağa əl atmağa vadar edən səbəbi öyrənməyə çalışırıq, Milli.Az-ı izləyin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.