Mərkəzi Univermaqda iki qadın dalaşdı: polis xəsarət aldı

4-06-2014, 15:49   
Mərkəzi Univermaqda iki qadın dalaşdı: polis xəsarət aldı
Vəkilova qol saatlarını Səfərovanın başına vurub.

Mərkəzi Univermaqda (MUM) iki qadın arasında dava düşüb.

Virtualaz.org bildirir ki, Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Züleyxa Tofiq qızı Səfərova polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün satıcı işlədiyi Azərbaycan prospekti-4 ünvanında yerləşən univermaqda müştəri qismində olan Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Zemfira Dursun qızı Vəkilova ilə aralarında baş verən mübahisə zəminində onu təhqir edib, vitrini sındırıb və qol saatlarını onun başına vuraraq xuliqanlıq edib.

Z.Vəkilova baş verən hadisə ilə bağlı polisə qarşılıqlı ərizə yazaraq bildirib ki, Z.Səfərova onu söyərək təhqir edib və güzgü ilə onu vurub.

Polisdən həmçinin bildirilib ki, baş verən hadisə zamanı orada xidmət aparan Səbayel Rayon Mühafizə İdarəsinin serjantı İlqar Əli oğlu Ağayev onları ayıran zaman Z.Vəkilova onun sol qolunu cırmaqlayaraq xəsarət yetirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.