Rusiya qırıcısı ABŞ kəşfiyyatçısının 30 metrliyindən keçib

4-06-2014, 15:51   
Rusiya qırıcısı ABŞ kəşfiyyatçısının 30 metrliyindən keçib
Ukraynaya görə ABŞ-la Rusiya arasında artan gərginliklə bir vaxtda iki superdövlətin hərbi təyyyarələri havada növbəti dəfə qarşılaşıblar.

Virtualaz.org saytı xəbər verir ki, insident Yaponiya sahillərində baş verib.

Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Korbi bildirib ki, Amerikanın kəşfiyyat təyyarəsi “RC-135U Combat Sent” Yaponiyadan şimalda, Oxot dənizi üzərində cari uçuşlar həyata keçirərkən Rusiyanın “SU-27” qırıcısı onun “burnunun ucu”ndan - təqribən 30 metr məsafədən keçib.

Pentaqon rəsmisi bildirib ki, insident hələ aprelin 23-də, prezident Barak Obamanın Yaponiyaya səfəri zamanı baş verib. Həmin səfər zamanı Obama Rusiyanın Krımı ilhaq etməsinə qarşı bəyanat vermişdi.

Kontr-admiral Korbi bildirib ki, Rusiya son aylar Yaponiya sahillərində hərbi fəallığını artırıb. İlin əvvəlindən martın sonuna qədər Yaponiya Rusiya qırıcılarının ölkənin hava məkanına yaxınlaşması ilə bağlı öz qırıcılarını 359 dəfə havaya qaldırmalı olub.

“Rusiya istəyir ki, Yaponiya ABŞ-dan məsafə saxlasın. Rusiya tez-tez hərbi təzyiqlərə əl atır. Bu isə o deməkdir ki, “soyuq müharibə” qayıdıb” - deyə Yaponiyanın beynəlxalq münasibətlər institutunun baş elmi əməkdaşı Tetsuo Kotani bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.