İqbal Ağazadə bütün müavinlərini istefaya göndərdi

4-06-2014, 15:53   
İqbal Ağazadə bütün müavinlərini istefaya göndərdi
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 4-də yeni sərəncam imzalayıb.

Virtualaz.org "Qafqazinfo"ya istinadən bildirir ki, sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, xaricdə yaşaya həmvətənlər və diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Yaxın zamanlarda sədrin yeni müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək.

Ümid Partiyasının sədri İqbal Ağazadə öz açıqlamasında müavinlərini istefaya göndərməsinə münasibət bildirib:

"Bu qərarı partiyanın işinin yenidən təşkili məqsədi ilə qəbul etmişəm. Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşmaq üçün partiyanın strukturlarının yenidən birləşməsi və genişlənməsinə zərurət var. Buna görə də kadrlarla fərdi söhbətimdən sonra bu qərarı verdim".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.