Brilyanta mükafatı ermənilər verib

4-06-2014, 15:55   
Brilyanta mükafatı ermənilər verib
“Məncə burada qəbahət bir iş yoxdur”

Xalq artisti Brilyant Dadaşovaya Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatını ermənilər verib. Bu barədə məlumatı "Lent.az" saytı yayıb.

Mükafatı təsis etmiş qurumun İdarə Heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır.

Məsələyə münasibət bildirən B.Dadaşova qurumun rəhbərliyində ermənilərin təmsil olunduğundan xəbərsiz olduğunu açıqlayıb: “Bunu ilk dəfə sizdən eşidirəm. Məni həmin mükafata təşkilatçı Zarina Usubova adlı xanım dəvət etmişdi. Bir də bu məsələdə nəsə problem görmürəm. Bu, əslində bizim musiqimizin uğurudur. Baxın, ermənilər bizim musiqini qiymətləndirir. Məncə, burada qəbahət bir iş yoxdur. Qaldı ki ermənilərin mənə mükafat verməsinə, onların rəhbərlərinin erməni olmasından bixəbərəm”.

Qeyd edək ki, B.Dadaşova “Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.