Krımın işğalı ABŞ-ı milyardlar ayırmağa məcbur etdi

4-06-2014, 15:56   

Avropada hərbi kontingentinin sayını artırmaq üçün ABŞ prezidenti Barak Obama xüsusi layihə ilə Konqresə müraciət edib.

Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Polşada səfəri zamanı çıxışında Amerika dövlət başçısı bunu təhlükəsizlik baxımından zəruri sayıb.

Onun sözlərinə görə, Krımın anneksiyasından sonra “qoca dünya”nın təhlükəsizliyi üzərində ciddi düşünmək, əməli işlərə keçmək lazımdır. Polşalı həmkarı ilə görüşündə Obama vurğulayıb ki, cərəyan edən hadisələr ölkəsini təhlükəsizlik məsələsinə yenidən baxmağa vadar edib.

ABŞ prezidenti daha sonra deyib ki, Qara və Baltik dənizlərində Amerika Hərb Dəniz Qüvvələrinin sayının artırılması üçün Konqresin milyardlarla dollar vəsait ayırması qısa bir zamanın işidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.