Bu açıqlama ilə Rusiya prezidentinin məsləhətçisi Sergey Markov çıxış edib.
O, Qərbin Putinsiz yeni Rusiya yaratmaq istədiyini bildirib:
“Ukrayna hadisələrindən sonra Qərb Putinə çox əsəbiləşib. Onlar üçün Putinin olmamağı ən yaxşı variantdır. Əgər Putin Qərbə səfər etsə, onu orada həbs edə bilərlər. Bizdə olan məlumata görə, həqiqətən belə bir fikir indi ən yüksək dairələrdə müzakirə olunur. Vaşinqton hesab edir ki, Putin ələ keçsə, Rusiyada asanlıqla çevriliş edib, yeni hökumət yaratmaq olar. O isə bütün şərtlərin hamısını yerinə yetirəcək”.
Qeyd edək ki, iyunun 6-da 18 ölkənin dövlət başçısı və İkinci Dünya Müharibəsinin 1000 veteranı müharibə zamanı Qərb cəbhəsinin açılması – müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxmasının 70 illiyinə həsr edilmiş tədbirlərdə iştirak edəcək. Tədbirlərdə Ukraynanın yeni prezidenti Pyotr Poroşenko da iştirak edəcək.
Bu səfərdə Putinin İngiltərənin Baş naziri Devid Kameron və Almaniya kansleri Angela Merkellə təkbətək görüşü nəzərdə tutulur.