Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ayfon”dan dünyanı heyrətə gətirəcək yenilik

5-06-2014, 10:24   

Evdəki cihazlarınıza nəzarət edəcək, təzyiqinizi ölçəcək “Ayfon” yeni İOS 8 platformasını təqdim edib.

“Əpl” aylardır gözlənilən yeni əməliyyat sistemi İOS8-in təqdimatını keçirib.

Dünən San Fransiskoda keçirilən təqdimatda və İOS8-lə yanaşı “Mak” əməliyyat sistemi “Yosemite”nin təqdimatına 69 ölkədən 6000 iştirakçı qatılıb.

Təqdimat zamanı bu sistemdə “Home Kit” və “Health kit” kimi tətbiqlərinin olması və fərdi sağlamlıq assistenti funksiyası yerinə yetirəcəyi bildirilib:

“Bundan sonra “Health kit” proqramı vasitəsilə sağlamlıq məlumatlarınızı anbaan təqib edə biləcəksiz. Proqram təzyiqinizi ölçüb nəbz məlumatlarınızı yazmaqla bərabər çəkinizi də daim nəzarətdə saxlayacaq. Əgər vücudunuzda hər hansı bir problem və xəstəlik yaranarsa, proqram dərhal almanız gərəkən dərmanları sizə xatırladacaq”.

Bundan əlavə bu İOS8 sayəsində evinizdəki elektron cihazları idarə etmək kimi imkanınız olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar