Qırğızıstanda bir qrup atlı polisi ata bağlayaraq yerdə sürüyüblər.
Qırğızıstanda həbsdə olan müxalifətçi Ahmetbek Keldibekovun tərəfdarları magistral yolu bağlayaraq aksiya keçiriblər.
Yolu bağlayan aksiyaçılarla söhbət etməyə çalışan polis isə bir qrup qara maskalı atlının hücumuna məruz qalıb. Əvvəl polisi döyən maskalılar daha sonra onu ata bağlayaraq təxminən 40 metrə qədər sürüyüblər.
Faktla bağlı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.
Polisin isə xəstəxanada olduğu, vəziyyətinin ağır olduğu bildirilir