Suriyanın fəaliyyətdə olan prezidenti Bəşər Əsəd ölkə tarixində ilk dəfə keçirilən prezident seçkilərində qalib gəlir.
Bunu Suriya parlamentinin spikeri Məhəmməd əl-Ləham bildirib. O, deyib ki, Bəşər Əsəd səslərin 88,07 faizini qazanıb.
Çərşənbə axşamı keçirilən seçkilərdə seçici fəallığı 73,44 faiz olub. Səsvermədə 15 milyondan ölkə vətəndaşından 11,6 milyon nəfəri iştirak edib.
ABŞ və Avropa Birliyi Suriyadakı seçkilərin nəticələrini tanımayıblar. Onlar bəyan ediblər ki, seçkilər legitim deyil. Rusiyalı müşahidəçilər isə seçkidə qanun pozuntuları aşkarlamadıqlarını bildiriblər.