Bakıda 22 yaşlı oğlan xuliqanlıq edib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda Neftçilər prospekti, 20 ünvanının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nicat Asif oğlu Əliyev xuliqanlıq zəminində Bakı şəhər sakinləri, 1974-cü il təvəllüdlü Aygün Yasin qızı İsmayılova və onun bacısı, 1984-cü il təvəllüdlü Zəbikə İsmayılovanı döyüb.
Faktla bağlı araşdırma aparılır.