Emin Hüseynovun Elnur Aslanovun əsas kadrlarından biri olduğu iddiası gündəmə gətirilib
Azərbaycan Diplomatiya Akademiyasının (ADA) prorektoru Emin Hüseynovla bağlı ilginc məlumatlar yayılıb. JAM.AZ-ın elektron poçtuna daxil olan həmin məlumatda deyilir ki, ADA-nın Strategiya və İnkişaf şöbəsinin prorektoru vəzifəsində çalışan sözügedən şəxs Prezident Administrasiyasının siyası təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun yaxın dostudur.
Məlumatda iddia edilir ki, Azərbaycanda «nurçu» hərəkatının əsas təşkilatçılarından biri olan Hüseynov, eyni zamanda, bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də yaxın kadrlarından biri sayılır. Üstəlik, ona qarşı irəli sürülən ittihamda vurğulanır ki, prorektor hal hazırda Azərbaycandakı nurçuların diplomatiya ilə bağlı məsələlərini həll edən əsas fiqurlardan biridir. Onun Biləsuvar rayonunda «Çağ Öyrətim» Mərkəzini açan ilk şəxs olduğu da göndərilən məlumatda yer alıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.