Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda toy karvanında bəy-gəlin maşınını vurdular

5-06-2014, 15:08   

Yol qəzasında 3 avtomobil eyni vaxtda bəy-gəlin maşını ilə toqquşub

Bəy-gəlini müşaiyyət edən toy karvanlarında təhlükəli manevrlər edən sürücülərin əməlləri bəzən xoşagəlməz hallara gətirib çıxarır. Avtosfer.az saytının təqdim etdiyi videoda əksini tapan daha bir hadisə paytaxt Bakıda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınmış bu görüntülərdə sürücülərin səhlənkarlığı və diqqətsizliyinin şahidi oluruq. Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyimiz bu videodan da görünür ki, yüksək sürətlə hərəkətdə olan toy karvanını müşaiyət edən avtomobillər qəflətən bəy-gəlin maşınını sıxmağa başlayır. Bu zaman bəy-gəlin maşınının azca tormozlaması 4 avtomobilin toqquşmasına səbəb olur. Toy karvanında olan 3 avtomobil eyni vaxtda bəylə gəlinin olduğu «Toyota» Lande Gruiser markalı avtomobilə çırpılır.
[media=https://www.youtube.com/watch?v=p4otW6IBvTY]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar