Hafka Azərbaycandan niyə qaçıb?

5-06-2014, 15:14   
Hafka Azərbaycandan niyə qaçıb?
Adı müxtəlif qalmaqallarda hallanan iş adamı Hafiz Məmmədov haqqında daha bir ilginc məlumat yayılıb.

Axar.az-a məlumat verən mənbə bildirir ki, “Bank Of Azerbaijan” ətrafında baş verən olaylar və H.Məmmədovun bu dəfə Azərbaycandan getməsi təsadüfi deyil:

“Hafiz Məmmədov heç vaxt bankla maraqlanmayıb. Elə özünün də dediyi kimi, ləğv etdiyi və yaratdığı filialların heç adını da bilmir. Ona təklif olunmuşdu ki, “Bank Of Azerbaijan”ı satsın. Amma o özündən razılıq elədi. Ardınca da bankda likvidlik problemi yaşandı”.

H.Məmmədovun Madridə getməsinin təsadüfi olmadığını deyən mənbə qeyd edir ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovla onun arasında böyük narazılıq mövcuddur:

“Anar Məmmədov onu “Qarant Holdinq”in binasından çıxarandan sonra münasibətləri tamam soyuyub. Bankı satmaqla bağlı təklifə yox deməsi isə ona qarşı ikiqat zərbə olub. Ona vaxt qoyulmuşdu, elə indi də vaxtı bir az uzadıblar. Qol çəkib bankı, səhmlərini tamamilə təhvil verməlidir. Xaricə də ona görə qaçdı ki, vaxtı uzatsın, fikirləşsin”.

Mənbənin H.Məmmədov haqqında dediyi daha bir informasiyada isə onun bəzi məmurları hədələdiyi bildirilir:

“Fransa prezidentinin Azərbaycana səfərə gəlməsi Hafiz Məmmədovu ürəkləndirmişdi. H.Məmmədov bəzi məmurları Fransa prezidenti vasitəsilə ölkə rəhbərliyinə məlumat sızdıqmaqla hədələyirdi. Elə bununla da özünə daha böyük problem yaratdı”.

Xatırladaq ki, bu yaxınlarda “Bank Of Azerbaijan”in İdarə Heyətində dəyişiklik olub və Hafiz Məmmədov rəhbərlikdən uzaqlaşdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.