NATO Qara dənizdə hərbi gəmilərinin sayını artırır.
NATO-nun son zamanlar Şərqi Avropada hərbi qüvvələrinin sayını artırması Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarıb.
ABŞ və Fransa hərbi gəmilərinin olduğu Qara dənizə İtaliya gəmisi də gəlir.
Rusiya hərbi təyyarələri də Qara dənizdə davamlı olaraq hərbi təlimlər keçirməkdə davam edir. Rusiya tərəfi hərbi təlimlərin keçirilməsinin Ukrayna böhranı ilə əlaqədar olmadığını bildirsə də, NATO Qara dənizdə yerləşmək qərarı alıb.
Qeyd edək ki, Fransa donanmasına məxsus "Surcouf" və ABŞ raket kruvazörü "Vella Gulf" hərbi gəmisi Qara dənizdədir.