İsrailli həkimlər böyrək əməliyyatları sahəsində inqilabi kəşfə imza atıblar.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Təl Aviv Şeba tibb mərkəzi öz rəsmi səhifəsində yayıb. Alimlər kök hüceyrələrinin üzərində apardıqları tədqiqat nəticəsində böyrəyin itmiş funksiyasını özünün bərpa edə biləcəyi qərarına gəliblər. Bu inqilabi kəşf Stanfor Universitetinin professoru Yuval Denkeviç, Benyamin Dekelin adı ilə bağlıdır.
B. Dekel açıqlamasında hər böyrəyin içində özünü bərpa etmək qabiliyyətində olan hüceyrələrin mövcudluğunu, müalicə zamanı onlardan düzgün istifadə edilməsinin vacib olduğunu deyib.
Xatırladaq ki, hazırda böyrək əməliyyatları dünyada ən bahalı cərrahiyə əməliyyatı hesab edilir.