Mayın 29-da tutduğu vəzifədən azad edilən Sabunçu rayon icra hakiminin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib.
Şakir Alıyevə korrupsiya və rüşvət ittihamları irəli sürüldüyü xəbərini Avropa.info yayımlayıb.
Xəbərdə bildirilir ki, onun vəzifədən azad olunması Prezident Adminstrasiyasına ünvanlanan çoxsaylı şikayətlərdən sonra reallaşıb, daha sonra isə onun Sabunçu rayonunda vəzifədə olan bütün qohumları işdən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Axar.az-a açıqlamasında Şakir Alıyevin həbs xəbərini təkzib edib. O bildirib ki, Ş.Alıyevlə bağlı yayılan korrupsiya ittihamları da yalandır: "Şakir Alıyev həbs olunmayıb və ona qarşı guya Baş Prokurorluqda korrupsiya ittihamı irəli sürülməsi barədə xəbərlər kökündən yanlışdır".