Prezident İlham Əliyev Ağdam və Kürdəmir icra başçılarını vəzifələrindən azad edib.
anaxeber.info-ın xəbər verir ki, prezidentin ilk sərəncamı ilə Kürdəmir icra başçısı İrşad Əliyev vəzifəsindən azad olunub. Onu isə Ceyhun Fərrux oğlu Cəfərov əvəzləyib. Daha əvvəl Tərtər rayonu İcra Hakimiyyətinin başçısı olan C.Cəfərovun yerinə kimin təyin olunması isə hələ ki açıqlanmayıb.
Dövlət başçısının digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov isə Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. O isə Nizami Sadıqovu əvəz edib.