“Azercell” Azərbaycandakı redaksiyaları necə ələ alır?

5-06-2014, 17:23   
“Azercell” Azərbaycandakı redaksiyaları necə ələ alır?
Azərbaycanın mobil rabitə sahəsində kifayət qədər ciddi problemlərin mövcud olması heç kəsə sirr deyil.

Abunəçilərin əsas narazılığı ilə şübhəsiz ki, bilavasitə konturların – dəqiqlərin oğulanmasına görədir. Dürlü-dürlü reklam kampaniyaları ilə abunəçiləri şirnikləndirən operatorlar faktki olaraq müştərilərin “cibinə girirlər”. Bu xüsusda “AzerCell”in özünəməxsus maxinasiyaları daha qabarıq şəkildə görünür. Təkcə sosial şəbəklərdə abunəçilərin yazdıqlarını toplasaq, görərik ki, “Azercell”in dəqiqə hesablama mexanizmlərindən insanlar necə əziyyət çəkirlər.

**

Göstərilən xidmətin səviyyəsinin günü-gündən aşağı düşməsi də abunəçilərin tez-tez qabartdığı məsələlərdəndir. Bütün bu probemlər barədə xəbər vermək funksiyası daşıyan mətbuat isə susur… Niyə? Kim verib “Azercell”ə toxunulmazlıq statusunu? Məmurları, millət vəkillərini sərt tənqid etməkdən çəkinməyən media qurumları “Azercell” adına xüsusi hörmət və ehtiramla yanaşırlar. Bəlkə qorxurlar? Bəlkə “Azercell” mobil monstrdır ki, bizim mediamız ondan bu qədər çəkinir və ehtiyyat edir? Yox, belə ü qorxulu heç nə yoxdur. Səbəb sadədir: Baş redaktorların Antaliya keyfi…

**

“Azercell” özünə qarşı hər hansı tənqidi materialın ölkə mediasında görünməməsi üçün belə bir vasitəyə əl atır: İldə bir dəfə baş redaktorları Türkiyənin gəzməli-görməli yerlərinə aparır. Müxbirlər isə bu diqqət və qayğıdan kənarda qalırlar. “Azercell”in baş bilənləri yaxşı hesablayıblar ki, müxbirlərə göstərilən qayğı nəticəsiz qala bilər. Onların “AzerCell” haqqında yazacaqları yazılar və xəbərlər baş redaktorların izni olmadan yayımlana bilməz. Odur ki, işi birincilərlə görürlər. Redaksiyaya isə ayda bir dəfə 100 manatlıq kontur göndərilir ki, müxbirlər arasında bölüşdürülsün. O da baxır baş redaktorun insafına, konturu da müxbirə çox görənlər var…

**

Beləcə “Azercell” baş redaktorların gəzintisi, müxtəlif reklam bannerləri və ayda 100 manatlıq kontur hesabına toxunulmaz vəziyyətə gıib. Bu şirkər abunəçilərin başına hansı oyun açırsa açsın Azərbaycan mətbuatından səs çıxmayacaq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.