Kanadanın şərqi Nyu-Brunsvik vilayətində üç polis zabitini güllələyərək öldürən, ikisini isə yaralayan silahlı şəxsi axtarılır.
Kanadanın Kral Suvari polisi atışmanın Monkton şəhərində kamuflyaj geyimli silahlı şəxs barədə polisə məlumat verildikdən sonra baş verdiyini bildirib.
Polis silahlı şəxsin 24 yaşlı Castin Burqunun olduğunu ehtimal edir.
Yerli xəstəxanaya çatdırılmış iki yaralı zabitin vəziyyəti sabitdir.
Silahlara ciddi nəzarət qanununun tətbiq edildiyi Kanadada silahlı qarşıdurma nadir hallarda baş verir.
Bugünükü hücum 2005-ci ildən bəri Kanada polis zabilərinə edilən ən ölümcül hücum hesab edilir. 2005-ci ildə Alberta vilayətinin Mayertorp şəhərində dörd polis zabiti qətlə yetirilib.