Onların yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur.
Qanuni oğru və ya lotu — fərqli prinsiplərlə yaşayan, haqqın bərqərar olunması uğrunda özünəməxsus mübarizə aparan mafiya tituludur.Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru, lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Misal uçun italiyada onlara mafiya deyilirdi, Yaponiyada yakudza, Çində isə triada adlandırılan cinayətkar dəstələr ta qədimdən fəaliyyat göstərir.
Lotular isə əsasən Orta Şərqdə mövcud olub. Məsələn İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi heç də təsadüfi deyil.
Stalin siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi. Nəticədə, 1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində “Qanuni oğrular” meydana gəliblər. Onların yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. İddialara görə, ağır siyasi vəziyyətdə və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarət edirdi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalıydılar və öz qaydalarını yaradırdılar.
Lakin Rusiyada kriminal aləmin təşkilatlanmasının əsasən Stalin dövrü ilə bağlı olmasıynan razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar 2-ci Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Daha sonra Sovet dövründə isə qanuni oğrular əsasən gizli fəaliyyət göstərirdilər. Lotuların pik dövrü Sovet İttifaqının sonuna təsadüf edir.
Məhz 1990-cı illərin əvvəllərində təcridxanalarda olan avtoritetlərin nüfuzu daha da artır. Həmin zamanlar Rusiyada Lotu Bəxtiyar, Lotu Hikmət və Masallı Mamed bu sferada öz sözünü deyən, sayılıb-seçilən avtoritetlərdən sayılıb. İndi də Rusiyada çoxlu sayda qanuni oğrular var. Müxtəlif millətlərin nümayəndələri ilə yanaşı qanuni oğruların arasında azərbaycanlılar da var. Son zamanlar Rusiyada avtoritet adını qazanan qanuni oğrulardan biri də Rövşən Lənkaranski ləqəbi ilə tanınan Rövşən Canıyevdir.