OĞRU DÜNYASI VƏ YA HÜQUQİ NİHİLİZM!!!- Fərəməz Novruzoğlu

6-06-2014, 11:26   
OĞRU DÜNYASI VƏ YA HÜQUQİ NİHİLİZM!!!
Yenicə növbəti həbsdən azad olunan tanınmış jurnalist Fərəməz Novruzoğlu kriminal aləmdə gedən nüfuz savaşı və bir sıra maraqlı məqamlar haqqında apardığı canlı araşdırmalarla bağlı yazacaqlarının ilkin anonsunu Azinform.az-a verdi. Onun fikirlərini təqdim edirik:

«2012-ci ilin əvvəllərindən etibarən kriminal aləmdə böyük qalmaqallara start verildi. İşin tərsliyindən mənim həbsim də o dövrə təsadüf etdi və baş verən hadisələrin birbaşa şahidi oldum…

Kriminal aləm parçalanmışdı — rövşənçilər, quliçilər, qocaçılar bir-birinin qanını tökməyə başlamışdılar. Ən gərgin mübarizə də «Rövşən Lənkəranski» ləqəbiylə tanınan Rövşən Canıyevin tərəfdarlarıyla «Quli» ləqəbli digər kriminal avtoritet Nadir Səlifovun adamlarının arasında gedirdi. Rövşənçilər «Quli»ni qanuni oğru kimi tanımırdılar və bu, məsələnin gərginliyini daha da artırırdı.
Əslində kriminalların bir-birinə diş qıcırtması mənim heç maraq dairəmdə də deyildi… amma həmin hadisələrin gedişatında elə bir məsələnin şahidi oldum ki… O zaman özümə söz verdim: dedim ki, mütləq bu mövzuda araşdırmalara başlayacağam.
Mənim belə söz verməyimə səbəb bir hüquq adamının mətbuat konfransı keçirib hüquqa zidd olan açıqlamalar verməsiydi…
«Lotu Quli»nin vəkili (babalı deyənlərin boynuna, həm də məşuqəsi olduğu söyləntiləri var) Əliyeva Təranə keçirdiyi mətbuat konfransında demişdi: «Müdafiəsini etdiyim şəxsin «qanuni oğru» adının alınmasının heç bir hüquqi əsası yoxdur. Adın alınması üçün «sxodka» olmalıdır. Bu «sxodka»da «qanuni oğru» (LOTU) olmuş şəxsin adının nəyə görə alınması deyilməli və bundan sonra həmin «oğru» «tormozit» olunmalıdır. «Quli» ilə isə belə etməyiblər, sadəcə, Rövşən Canıyev kriminal aləmdən gələn gəlirləri təkbaşına ələ keçirmək üçün əsas rəqibinin təmiz adını ləkələyir…»
Hüquqi nihilizmin buynuzu, qaşı-gözü olmur ki… Bir hüquq adamının intim duyğularının şiddəti onu hüquqa zidd hərəkətə hüquqi don geyindirməyə məcbur edir… ( Araşdırmalarımdan kiçik bir parça)

P.S. Nə yaxşı ki, Penitensiar Xidmət sahəsində kriminal aləmlə əsil döyüş başladan Fikrət Qafarov və Azər Seyidov kimi namuslu və vicdanlı zabitlər də var. Heç şübhəsiz, adını çəkdiyim bu iki şəxsin fəaliyyətində də irad tutula biləcək çox məqamlar var. Amma əsas olan odur ki, hər ikisi kriminal aləmə və həbsxanalardakı qumar və narkobiznesə qarşı amansız mübarizəyə başlayıblar. Bildiyim qədərilə Penitensiar Xidmətin rəsi, ədliyyə general-leytenantı Mədət Quliyev bu məsələdə onlara tam dəstək verir.
Dəyərli dostlar, iki il ərzində topladığım faktlar əsasında apardığım araşdırmalarla sizləri də tanış edəcəm. İnanın ki, çox heyrətlənəcəksiniz. Tezliklə görüşəcəyik…»
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.