Məşhur “qanuni oğru” xəstəxanada keçindi

6-06-2014, 11:56   
Məşhur “qanuni oğru” xəstəxanada keçindi
Dünən Moskvada daha bir “qanuni oğru” ölüb. 62 yaşlı tiflisli kriminal Vaxtanq Çoçiyanın paytaxt klinikalarından birində əməliyyat stolunda vəfat edib.

“Vato” ləqəbli bu şəxs axır illərində necə sakit yaşayıbsa, elə də sakit vəfat edib. Məlumat üçün deyək ki, Çoçiya Gürcüstanda həbsdə olub. Moskvaya qayıtdıqdan sonra isə bir dəfə də cinayət məsuliyyətinə cəlb edilməyib. 90-cı illərin sonlarından demək olar ki, hüquq mühafizə orqanlarının diqqətində olmayıb.
Vato Çoçiyanın cəsədinin basdırılmaq üçün vətəni Tbilisiyə aparılacağı ehtimal olunur.
Xatırladaq ki, bir neçə gün öncə 60 yaşlı “qanuni oğru” Timoxa Qomelskinin Kilsədən çıxarkən öldürülmüşdü
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.