Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sonuncu sınaq imtahanlarında iştirak edən abituriyentlərin göstəricilərini açıqlayıb.
azvision.az məlumatına görə, komissiya sədri bildirib ki, sınaq imtahanlarında ən yüksək nəticə III qrupda qeydə alınıb. Belə ki, bu qrupda sınaq imtahanında iştirak edən abituriyentlərin 50%-dən çoxu 282 bal toplayıb: “I qrupda abituriyentlərin 50%-dən çoxu 200 bal, II qrupda 50%-dən çoxu 252, IV qrupda isə 50%-dən çox abituriyent 232 bal yığıb”.
Ən yüksək bal toplayan abituriyentlərə gəlincə isə onların nəticələri barədə M.Abbaszadə bunları deyib: “I qrupda 13 abituriyent 680-700 bal toplayıb. Digər qruplara gəlincə isə II qrupda 680-700 bal toplayanların sayı 4 nəfərdir. III qrupda bu göstərici 9 nəfər, IV qrupda isə 28 nəfərdir”.