Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakının mərkəzində Marks, Engels, Lenin və Stalinin plakatları

6-06-2014, 14:40   
Bakının mərkəzində Marks, Engels, Lenin və Stalinin plakatları
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasına qəribə “bəzək” vurulub. Binanın önündə Marks, Engels, Lenin və Stalinin qırmızı fonda böyük şəkilləri asılıb. Şəkillərin aşağısında isə onlara aid sovet şüarı yerləşdirilib.

Virtualaz.org bildirir ki, bu səhnənin fotolarını azadliq.info-nun redaksiyasına saytın əməkdaşı göndərib.

Məlumata görə, AMEA-nın binasına iyunun 5-də verilən bu dekorasiya orada Sovet dövrünə aid hansısa filmin və ya film fraqmentinin çəkilişi ilə bağlıdır. Əraziyə Sovet dövrünün “Pobeda” və "Zim" markalı maşınları da gətirilib. Rejissor Vaqif Mustafayev də orada görünüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar