Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gün ərzində 62 cinayət faktı qeydə alındı

6-06-2014, 14:46   
Gün ərzində 62 cinayət faktı qeydə alındı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Axar.az DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 21 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar