Yevlaxda icra başçısının iki müavini küçənin ortasında ağızlaşdı

6-06-2014, 14:47   
Yevlaxda icra başçısının iki müavini küçənin ortasında ağızlaşdı
Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun iki müavini yola getmir. Hətta iş o yerə çatıb ki, müavinlər küçədə, insanların gözü qarşısında ağızlaşıblar. Bu barədə Yevlaxdan PİA.AZ-a daxil olan məlumata görə Yevlax rayon İcra Hakimiyyətinin birinci müavini ilə başçının müavini-Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namiq Süleymanov arasında insident yaranıb. İnsidentə səbəb isə Yevlaxda asfaltlama işləri aparıldığı zaman Namq Süleymanovun fəhlələrlə kobud davranması və görülən işlərə yersiz müdaxiləsi olub. Qənimət Qaraşov isə Namiq Süleymanovun yersiz müdaxiləsinə qarşı sərt çıxıb.

Məlumat verən mənbə bildirir ki, icra hakimiyyətinin şəhər təsərrüfat şöbəsinin keçmiş müdiri Müstəqim Məmmədovun icra başçısı təyinatından sonra onun işlərini Namiq Süleymanov həyata keçirməyə başlayıb. Şöbə müdirinin bu hərəkəti icra başçısının birinci müavini Qənimət Qaraşovun ciddi etirazına səbəb olub. Bildirilir ki, bir neçə gün öncə Yevlax şəhərinin girəcəyindəki yolların asfaltlanması zamanı Qənimət Qaraşovla Namiq Süleymanov arasında söz söhbət yaranıb. Namiq Süleymanov asfaltlanma işində lazımsız göstərişlər verməsi və işə müdaxilə etməsi hərəkətləri birinci müavin Qənimət Qaraşovun səbrini tükəndirib. Başçı müavinin şöbə müdirinə “yaxşısı budur öz işinlə məşğul ol, imkan ver işləsinlər” sözündən sonra Namiq Süleymanovun “tapança” kimi açıldığı deyilir. Amma Qənimət Qaraşov şöbə müdirinə daha sərt üz göstərməsi Namiq Süleymanovu geri çəkilməyə və hadisə yerini tərk etməsi ilə sonunclanıb.

Daxil olan məlumata görə son zamanlar Qoca Səmədovun iki müavini arasında gərginlik hökm sürür. Gərginliyə səbəb isə Tərtərə icra başçısı gedən Müstəqim Məmmədovun mirasına sahib çıxmaqdır. Belə ki, şəhər təsərrüfatı şöbəsinin müdiri və eyni zamanda başçının müavini olan Müstəqim Məmmədov Yevlaxda aparılan bütün abadlıq işlərini öz əlində cəmləmişdi. Hazırda isə abalıq işlərinin aparılması işlərinə rəhbərlik etmək uğurunda iki müavin arasında mübarizə başlayıb. Çünki abalıq işlərindən bir qayda olaraq böyük vəsaitlər mənimsənilir. Yəni iki müavinin «davası yorğan davasıdır». Daha doğrusu hər iki müavin abalıq işlərindən əldə olunan qanunsuz gəlirlərə nəzarəti ələ keçirməyə çalışır.

Mənbəninin bildirdiiyinə görə bir müddət əvvəl Goranboy rayonuna başçı gedəcəyini bildirən Namiq Süleymanov indi Yevlaxdakı abalıq işlərinə rəhbərlik etməklə həmçinin Bakının və Prezident Adminstrasiyasının diqqətini özünə cəlb etmək istəyir. Çünki Namiq Süleymanovun başçı olmaq istəyini gözündə qoyan məsələ 7 ay əvvəl Yevlaxda baş vermiş «çepedir». Belə ki, keçən il noyabr ayında Namiq Süleymanovun qohumu olan Yevlax Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyevin oğlunun «avtoşluğunun» qarşısını alan polis işçilərini döyməsi və təhqir etməsi nəticələnən insident hələ də unudulmayıb. Buna görə Namiq Süleymanov bir neçə saat polis idarəsində saxlanılmış və yalnız Bakıdan gələn zəngdən sonra başçının müavini azad olunmuşdu. İnsidentdən sonra isə Bakıdan gələn təlimata əsasən Yevlax Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyev «avtoş» oğluna görə vəzifədən alınmışdı.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.