Milli Şuranın fəaliyyətinə müvəqqəti xitam verilə bilər

6-06-2014, 14:48   
Milli Şuranın fəaliyyətinə müvəqqəti xitam verilə bilər
Yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyaları müvəqqəti keçirilməyə bilər. Bu barədə APA-ya VHP Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib.

R.Manaflı qeyd edib ki, yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyalarının fəaliyyətinə müvəqqəti xitam verilməsi haqqında müzakirələr aparılır: “Bu məsələ hazırda gündəmdədir. Çünki yayda qurumun əksər üzvləri Bakıda olmayacaq, bir çoxları istirahət mərkəzlərinə gedəcəklər. Ancaq hələ ki, konkret bir qərar yoxdur. Ehtimal ki, sessiyalara payıza qədər fasilə veriləcək”.

R.Manaflı onu da deyib ki, qurumun sessiyalarının keçirilməsi ilə bağlı yer problemi mövcuddur: “Biz Klassik Xalq Cəbhəsi Partiyasının qərargahını ehtiyat variant kimi saxlayırıq, ancaq eyni zamanda alternativ yerlər haqqında da düşünürük. Bu istiqamətdə olan təklifləri müzakirə edirik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.