İyunun 5-də vəkil Fuad Ağayev Şəki İstintaq Təcridxanasında REAL Hərəkatının lideri İlqar Məmmədova baş çəkib. Görüş İlqar Məmmədovun kamerasına siqaret çəkən iki məhbusun salınması ilə bağlı olub (İlqar Məmmədovun psixoloji təzyiqlə üzləşdiyi bildirilir).
Aydın olub ki, İlqar Məmmədovun kamerasına siqaret çəkən daha 3 nəfər salınıb.
Fuad Ağayev “Turan”a bildirib ki, istintaq təcridxanasının rəisi ilə söhbət edib və ona problemin həlli üzrə addımlar atılacağı vəd olunub.