Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünən Azərbaycanda 20-dən çox insan yaralandı

6-06-2014, 14:49   
Dünən Azərbaycanda 20-dən çox insan yaralandı
Ötən gün respublikada baş vermiş yol qəzaları nəticəsində 20-dən çox insan yaralanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar