Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda hakimiyyəti qoruyacaq? - FTX rəhbərindən ilginc açıqlama

6-06-2014, 15:12   
Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda hakimiyyəti qoruyacaq? - FTX rəhbərindən ilginc açıqlama
Rusiya FTX-nin rəhbəri Bortnikov dünən Minskdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının və xüsusi xidmətlərinin rəhbərləri Şurasının iclasında gözlənilməyən bəyanat verib.

Xüsusi xidmətlərin MDB ölkələrində hakimiyyətin ələ keçirilməsinin qarşısının alınmasında xüsusi rolu haqqında suala cavabda FTX rəhbəri qeyd edib ki, onun idarəsində “ölkələrdə hakimiyyətin devrilməsi ilə bağlı müəyyən niyyətləri olan qüvvələr ola biləcəyini nəzərə alırlar” və məhz bu məqsədlə xüsusi xidmətlər sərt davranacaq.

“Destruktiv qüvvələrin MDB ölkələrində sabitliyin pozulması üzrə fəaliyyəti yolverilməzdir. Biz qanun çərçivəsində sərt davranacağıq ki, destruktiv qüvvələrin ölkələrimizdə vəziyyətə təsir etməsinə imkan verməyək”, deyə Bortnikov bildirib.

Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda hakimiyyəti qoruyacaq?

“Biz real niyyətləri görürük, müvafiq informasiya bizi reaksiya verməyə, səylərimizi birləşdirməyə, xüsusən, informasiya mübadiləsi aparmağa məcbur edir”, deyə Bortnikov qeyd edib. O bildirib ki, bu qüvvələr qeyri-leqal fəaliyyət göstərir, Qərbin MDB ölkələri ərazisində də olan müvafiq QHT-ləri tərəfindən maliyyəəşdirilir.

Bortnikov qeyd edib ki, “xüsusi xidmətlərin səyləri ilk növbədə bu cür hüquqpozmaların profilaktikasına yönəlib ki, leqal müxalifət fəaliyyətinin radikal müstəviyə keçməsinə yol verilməsin”, deyə FTX rəhbəri bildirib.

Bu zaman FTX rəhbəri idarəsinə MDB ölkələrinin təhlükəsizliyi məsələləri ilə məşğul olmaq səlahiyyətini kimin verdiyini izah etməyib. Lakin ehtimal etmək olar ki, Bakıda onun sözləri böyük məmnuniyyətlə qarşılanacaq.

Hər halda Bortnikovun belə bir açıqlamada bulunması Rusiyanın MDB məkanında əlahiddə mövqeyə keçidi ilə bağlıdır. Bu zaman usə FTX regionun jandarması qismində çıxış edərək Qərbə qarşı əsas silah rolunu oynayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.