Qiyamət günü qorxusu – Qiyamət günü sevgisi

17-01-2017, 17:36   



Nibiri planeti bizə nə vəd edir?


Qiyamət günü mövzusu yeni mövzü deyil, zaman-zaman qiyamətin baş verəcəyi gün haqqında yazılar dərc olunub, məlumatlar verilib, indiyə qədər özünü doğrultmayıb. Qiyamət günün əlamətləri görünəndə həmin mövzu yenidən gündəmə gəlir. Qiyamət günün əlamətlərindən danışanda bu daha çox özünü ədalətin və əxlaqın, qanunların, iqtisadiyyatın və s. kəskin böhranında göstərir. Ona görə də yenidən bu mövzunun gündəmə gəlməsi təsadüfü deyil. Dünyadakı ziddiyətli proseslərin dərinləşməsi, müharibələr, terrorizm, uşaqların faciəli ölümləri, iqtisadi böhranlar, korrupsiya, yoxsulluq, intiharların çoxalması, və digər məhrumiyyətlər günümüzün reallığlarıdır.

Bir çox amerikalı astronomlar əmindirlər ki, “X planeti” adı ilə məşhur olan Nibiru planeti həqiqətən də mövcuddur. Bununla belə, o, surətlə Yer planetinə yaxınlaşır.

Alimlər bildirirlər ki, bizim planetdəki zəlzələ, quraqlıq, qasırğa, son zamanlar tez-tez müşahidə olunan vulkan püskürmələri və s. kimi bütün kataklızmlər Nibirunun təsir gücü ilə əlaqədardır. Belə bir əminlik var ki, təbii fəlakətlər qlobal xarakterli olacaq və bəşəriyyat 22-ci əsrə qədər yaşamayacaq.

Alimlərin fikrincə, “X planeti” Günəşin ətrafında uzun orbiti daxilində ellepsvari dövrə vurur. Hazırda bu göy cismi Günəş sisteminə qayıdır. Bu planetin günəş ətrafında bir dövrə vurması üçün 3600 il lazım gəlir.

Qeyd edək ki, hələ İsaak Nyuton bizim əsrin 60-ci illərində baş verəcək cəhənnəmin (apokalipsis) proqnozunu vermişdi. KİV-də yayılmış məlumatlara görə, perspektivdə baş verəcək fəlakətlərə bağlı supergüclərin hökümətlərində, NASA və Vatikanda məlumat var.

Hələlik heç kəs sadə vətəndaşları gözlənilən təhlükə barədə xəbərdar etmək barədə düşünmür. Hələlik o da məlumdur ki, Nibirunun Yerə yaxınlaşması ilə planetimizin əhalisnin üçdə ikisi qırılacaq. “ X planeti -2017-nin gəlişi “ kitabının müəllifi Devid Mid əmindir ki, Nibiru bizim planetlə 2017-ci ilin oktyabrında toqquşa bilər.Miq qeyd edib ki, nəhəng planet Yerə cənub qütbü tərəfindən yaxınlaşacaq. Kitabda müəllif öz nəzəriyyəsini elmi cəhətdən əsaslandırıb. Kitab oxuyanların çoxu isə o fikirdədir ki, müəllifin real arqumentləri yoxdur. Burada yazılanlar daha çox dini mülahizələrə əsaslanır. NASA-ya gəlincə, o, bu cür söhbətləri adi mistifikasiya hesab edir. (The BusinesTime qəzeti,2017-ci il, N:2 (518))

Bəşəriyyətin dəlilik dövrü

Bu mövzu da diqqəti cəlb edən dahi alim İsaak Nyutonun güman edilən proqnozudur. Çünki Nyuton adi şəxs deyil, o, klassik fizikanın qanunlarının, ümumidunya cazibə qanunun, differansial və inteqrial riyaziyyatın və s. müəllifidir. Təbiət isə riyaziyyatın diliylə yazılıb. Təbiyyətin və cəmiyyətin inkişaf qanunlarında qeyri adı riyazi dəqiqlik mövcuddur. Fizika ailmlərin bildirdiyinə görə kainatın bütün hərəkəti son dərəcə ciddi harmoniya qanunlarına tabedir, misal üçün elektromaqnit və qravitasiyanın münasibətindəki cuzi dəyişiklik həyatın məhvinə gətirib çıxarar. Dünyada ədalət qanunu da belə bir qanundur. Ömər Xəyam yazırdı ki, Ədalət Kainatın ruhudur. Ədalət və ədalətsizlik mübarizəsi həmişə olub, lakin dövrümüzdəki ədalətsizliyin bütün nisbətləri keçməsi çox düşündürücüdür. Exspertlər fəryad edir. Gəlin rəqəmlərə baxaq: BMT-nin məlumatına görə planetdə 1,2 milyarddan çox insan acdıqdan əziyyət çəkir. Ən dəhşətlisi odur ki, ildə 6 milyon uşaq beş yaşına çatmadan acından ölür. Bəzi ekspertlər bu rəqəmin daha çox olduğunu bildirirlər. Halbuki elm-texnikanın inkişafı, kənd təsərüfatındakı yüksək məhsuladrlığ və nailiyyətlər aclıq problemini tamamilə aradan qaldırır. Bəzi məlumatlara görə dünyada bütün planet əhalisnin qida problemini həll edilməsi üçün tələb olunandan 10 dəfə artıq məhsul istehsal olunur.

Ekspertlərin hesablamalarına görə hər il 7 yüz min insan qula çevrilir. 1,2 milyon uşaq öz doğma yerlərindən digər ölkələrə “ canlı əmtəə“ kimi çıxarılır və satılır. 1 milyon qız uşağı fahişəliyə cəlb edilir. Bu kriminal biznesdən 30-60 milyard dollara qədər gəlir götürülür. Silah və narkotik ticarətindən sonra üçüncü yerdə dayanan bu kriminal biznes dünyanı fəlakətlə üz-üzə qoyub. Bütün dünya əhalisnin təhsil alması üçün 6 milyard dollara, əsas qida məhsullarını əldə etmək üçün 13 milyard dollara ehtiyacı var. Belə bir ehtiyacın fonunda “dünyanın zənginləri “ ətirlərə 12 milyard dollar, arıqlamaları üçün isə 50 milyard dollar pul xərcləyirlər. Pişik və it yeməklərinə isə 17 milyard dollar pul xərclənir.Dünyada yaşayan 85 nəfər milyarder 3,5 milyard insandan, yəni dünyanın yarısndan daha zəngindir. Eyni zamanda Stokholm institutunun məlumatına görə 2012-ci ildə silahlara çəkilən xərclər 1,753 trilyon dollardır. Bu isə ümumdunya daxili məhsulunun 2,5 faizini təşkil edir. (Jurnal Düşünən İnsan. 2015 N 38 ). Belə faciəvi, kədərli statistikanı davam etdirmək də olar. Bu statistik məlumatların analizi göstərir ki, dünya şər qüvvələrin burulğanı dövrünü yaşayır. Əgər Yer kürəsi bu ağır burulğandan gələcəyə uğurla çıxa bilsə, gələcək nəsillər bu dövrləri bəşəriyyətin dəlilik dövrü hesab etməkdə haqlı olarlar.

Dünyanı yalnız ədalət xilas edəcəkdir

Bu rəqəmlər də göstərir ki, ədalətsizlik kulminasiya nöqtəsinə, kritik kütləyə yaxınlaşır. Yəni dünyaya yeni nizam lazımdır, dünyada ya ədalət nizamı bərpa olunmalı, ya da məhv olmağa məhkumdur.

Əslində qiyamət günü artıq milyonlarla insanlarda qorxu hissi yaratmır, qəribədir ki, əksinə, sevgi hissi yaradır. Qiyamət gününü sevgi ilə gözləyənlər çoxalır. Belə bir əhvalat deyirlər: “Bir şəhərdə təbii fəlakət baş verir, şəhəri su basır. İnsanlar yalnız özlərini xilas edərək dağlara çəkilirlər. Var-dövlətini itirənlər ağlayıb fəryad qoparırlar və var-dövlətlərinin itirilməsindən ağlayıb şikayətlənirlər. Kasıb insanlardan biri isə bunların var-dövlət üçün fəryadını görüb gülür və deyir: Şükür ALLAHA dünyada mən ilk dəfə olaraq kasıbçılığımdan xoşbəxtlik hissini yaşayıram.” Əslində milyonlarla ehtiyac içərisində yaşayanlar-kasıblar öz maddi yoxsulluqlarından deyil, ədalətsizlikdən bezardırlar. Və qiyamət gününə nicat kimi baxırlar. Maddi nemətlərin bölgüsündəki disproporsiyanınkəskinləşməsi, siyasi sistemlərin kriminallaşması,oliqarxların təlabat potologiyası və acgözlülüklərinin yaratdığı faciələr qiyamət gününün özündən, Nibiru planetinin Yer kürəsi ilə toqquşmasından daha dəhşətlidir!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.