Məşhur bioloq Maddalena Bearzi bir neçə delfinin gənc qızı ölümdən qurtardığını deyib.
Okean Mühafizəsi Cəmiyyətinin (Ocean Conservation Society) sədri Maddalena Bearzinin dediyinə görə, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.
"Okean sularındakı afalin delfinlərinin davranışlarını araşdırırdıq. Delfinləri yemlədiyimiz zaman onlar qəflətən çevrilib okean sularına daldılar.
Delfinləri təqib etdik və onları sudakı bir obyektin ətrafında dövrə vurmuş vəziyyətdə gördük. Yaxınlaşanda həmin obyektin bir qız olduğunu gördük. Qızı dərhal sudan çıxardıq və sahilə apardıq, təcili yardım çağırdıq", - M.Bearzi söyləyib.
18 yaşlı qız intihar etmək istəyib və okeana atılıb. Lakin belfinlər bunu hiss edərək qızı boğulmaqdan qurtarıblar.
Hipotersiya xəstəsi olan həmin qız Kaliforniyaya istirahətə gəlibmiş. Onun intihar cəhdinin səbəbləri bilinmir.