Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Murad Dadaşov: "Sağ olsun, yol polisi məni saxlamır"

6-06-2014, 15:17   
Murad Dadaşov: "Sağ olsun, yol polisi məni saxlamır"
Sosial şəbəkələrdə tanınmış azərbaycanlı şoumen Murad Dadaşovun maraqlı videosu yayılıb. ANS PRESS_in məlumatına görə, videoda sevilən sənətçinin yol polisi tərəfindən saxlanıldığı görünür.

Belə ki, Flarmoniya ilə üzbəüz Murad Dadaşovun avtomobili, arxada isə yol polisinə aid motosikl dayanıb. Kənarda isə Murad Dadaşov yol polisi ilə hansısa məsələ barədə ciddi müzakirə aparır.

Yayılan video ilə bağlı bir çox söz-söhbətlər yayılıb. Deyilənlərə görə, Murad Dadaşov Yol Hərəkəti Haqqında Qanunu kobud şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Bəzi kütləvi informasiya vasitələrində isə deyilir ki, yol polisi Murad Dadaşovun avtomobilini saxladıb. Lakin sənətçi polisə məhəl qoymadığı üçün, yol polisi motosikl ilə onu izləyib.

Məsələyə aydınlıq gətirmək üçün tanınmış şoumen Murad Dadaşovla əlaqə saxladıq. Sənətçi ANS PRESS-ə açıqlamasında bildirdi ki, yol polisi ilə aralarında heç bir problem yaşanmayıb. Sadəcə yol polisi əməkdaşı ona aldığı torta görə təşəkkür edib.

“Yol polisləri dostlarımızdır. Sağ olsunlar. Mənə hörmət edirlər. Mənim avtomobilimi saxlamırlar. Əslində maşını mən sürmürəm. Sürücüm var. Həmin gün yol polisi “Côte d`Azur” şirniyyat mağazasından aldığı torta görə mənə təşəkkür edirdi”, - deyə Murad Dadaşov bildirib.
[media=http://www.youtube.com/watch?v=S6VPqq2qv1A]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar