“Gülən” camaatının lideri Fətullah Gülən Moskvada keçirilən Asiya və Avropa arasında media körpüsü forumuna məktub göndərib.
ANS PRESS-in məlumatına görə, F.Gülən məktub vasitəsilə Türkiyə iqtidarına sətiraltı mesajlar göndərib.
“Media cinayətkarın əlində öldürücü bir silahdır, əxlaqını itirmişin əlində əxlaqsızlığı yayın bir vasitə, ictimai məsuliyyətin fərqində olan birinin əlində isə yer üzünü cənnətə çevirən iksirdir”, - deyə Gülən qeyd edib.
Fətullah Gülən həmçinin bnildirib ki, səhhətində problem yarandığına görə, foruma şəxsən qatıla bilməyib.