Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdnində fəaliyyət göstərən din xadimləri üçün təkmilləşdirmə kurslarının ilk müdavimlərinə sertifikatlar təqdim olunub. ANS PRESS-in məlumatına görə, qiymətləndirmə prossesindən sonra kursun ilk müdavimlərinin buraxılış mərasimi baş tutub. Şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayaraq din xadimlərinin təkmiləşdirmə kurslarının önəmindən danışıb:
O, qeyd edib ki, dinə münasibət dəyişilməlidir. "Ona görə də din xadimlərinin təkmilləşdirmə kurslarını təşkil etdik. Bu işdə bizə mətbuat da, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və Mirşahin Ağayev çox kömək elədilər. Allah onlara kömək olsun. Bu dövlətin işi deyil. Məmurların işidir".
A.Paşazadə qeyd edib ki, televiziyalarda yalnız kəbin kəsdirməkdən danışılır. "Televiziyalar dini "Molla Nəsrəddin" və "Kirpi" jurnalında olan kimi təqdim edirlər. Onlar mollalıq, falçılıqdan danışırlar”.
Şeyx vəhhabi, sələfi, saqqalı olanlardan qorxmamağa çağırıb. "Sizin dininiz var. Bəziləri də var ki, şiyəliyi get başına vur, kəs kimi təbliğ edirlər. Ona görə də din xadimlərinin belə təkilləşdirmə kurslarını bitirməsinin çox önəmlidir”.
Daha sonra kursu bitirənlərə müvafiq setifikat və din xadimləri üçün QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim olunub.
Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamalar bir aylıq müddət ərzində təşkil olunmuş mühazirələri dinləyib, müasir informasiya texnalogiyaları ilə işləmək vərdişlərini dərinləşdiriblər, dini bilk səviyyələri ilə yanaşı ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.
Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin mədəniyyəti, vətən tarixi, din marifləndirmədə mövzularında Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə müşavir Kamal Abdullanın, Dini Komitə sədrinin 1-ci müavini Səyyad Salahlının, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin mühazirlərini dinləyiblər.
Kurslar zamanı din xadimlərinin qalmaları üçün xüsusi məkanlar ayrılıb. Onların qidalanma, nəqliyyat və s. bütün xərclər QMİ tərəfindən qarşılanıb.
Din xadimlərinin təkmilləşdirmə kursları davam edəcək.