Rusiya kəşfiyyatı Azərbaycanda “rəngli inqilablar”a qarşı mübarizə aparır

6-06-2014, 16:05   
Rusiya kəşfiyyatı Azərbaycanda “rəngli inqilablar”a qarşı mübarizə aparır
MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin Minskdə keçirilən toplantısında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, general Aleksandr Bortnikov sensasion sayıla biləcək bəyanatla çıxış edib.

Virtualaz.org saytı Belarus KİV-lərinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının MDB respublikalarında hakimiyyətlərin ələ keçirilməsi cəhdlərinin qarşısının alınmasındakı xüsusi rolu haqda danışan general Bortnikov deyib ki, FTX “bu ölkələrdə hakimiyyətləri devirmək niyyətində olan qüvvələrin ola biləcəyini” nəzərə alır və bu məqsədlə xüsusi xidmət orqanları sərt hərəkət edəcək.

“Destruktiv qüvvələrin MDB ölkələrində vəziyyəti qarışdırmağa yönələn səyləri yolverilməzdir. Biz bu səylərin qarşısını almaq üçün qanun çərçivəsində, ancaq olduqca sərt hərəkət edəcəyik ki, destruktiv qüvvələrin bizim ölkələrimizdəi vəziyyətə təsir etməsinə imkan verməyək” - deyə Bortnikov bildirib.

FTX rəhbəri əlavə edib ki, onlar bu istiqamətdə real niyyətlərin şahidi olurlar və mövud informasiya xüsusi xidmət orqanlarını reaksiya verməyə, səyləri birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə məcbur edir.

A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət göstərirlər, müvafiq Qərb qeyri-hökumət təşkilatlarından maliyyələşirlər və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində də mövcuddur.

Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının səyləri “bu cür qanun pozuntularının profilaktikasına” yönəlib və məqsəd “leqal müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin” qarşısını almaqdır.

Lakin general Bortnikov FTX-nin nədən bütün MDB ölkələrinin ərazisində Qərbdən dəstəklənən inqilab cəhdlərinə qarşı mübarizə aparmaq səlahiyyətində olduğunu dəqiqləşdirməyib.

Bununla belə onun bəyanatından görünür ki, FTX Azərbaycan da daxil olmaqla MDB respublikalarında Qərbdən dəstəklənən “rəngli inqilablar” yolu ilə hakimiyyətləri ələ keçirmək cəhdlərinə qarşı mübarizənin önündə gedir.

Belə görünür ki, MDB respublikaları Qərbin inqilab ixracı planlarına qarşı mübarizədə Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.