Bakının Səbayel rayonu ərazisində yerləşən “Empire” oteldində əməliyyat keçirilib
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə “Empire” otelində əxlaqsızlıq yuvasının saxlanılması ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında əməliyyat keçirilib və məlumat təsdiqini tapıb.
Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü Zərbəliyev Nihad Əhməd oğlu həbs edilib.
O, gəlir əldə etmək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib. Nihad Zərbəliyev və digər şəxslərin Səbayel rayonu, Xəqani küçəsi 89 ünvanında yerləşən “Empire” otelində əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.