Ermənistan müdafiə naziri Seyran Ohanyan ilk dəfə olaraq Azərbaycan ordusunun Naxçıvandakı birləşmələrindən danışıb.
Erməni KİV-lərinə müsahibə verən erməni nazir Azərbaycan ordusunun sərhədi pozan iki erməni xüsusi təyinatlısını zərərsizləşdirməsinə şərh verib.
Seyran Ohanyan Naxçıvandakı birləşmələrin çox güclü olduğunu vurğulayıb: “Naxçıvan sahəsi Azərbaycan üçün xüsusi önəm kəsb edir - orda bütöv bir ordu formalaşıb. Bizdə olan məlumata görə, onun formalaşdırılmasında Türkiyədən gəlmiş kiçik bölmələr, xüsusi təyinatlılar iştirak ediblər”