Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan taksi dayanacağına gedərək sürücülərlə çay içib.
ANS PRESS-in xəbərinə görə, ötən gün “Ortaköy” məscidinin açılışından və cümə namazından qayıdan Ərdoğan yolda qəribə bir plakatla qarşılaşıb.
Məlumata görə, ərazidə olan “Çırağan” taksi dayanacağının əməkdaşları baş nazirin keçəcəyi yolda, “Cənab baş nazir, sizi çay içməyə dəvət edirik” yazılmış plakat asıblar.
Dayanacağa gedən baş nazir bir müddət sürücülərlə söhbət edib və çay içib. Dayanacağın problemləri ilə maraqlanan baş nazir daha sonra İstanbul bələdiyyəsinin sədri Kadir Topbaşı çağıraraq ona tapşırıqlar verib.
Ərdoğan daha sonra xidməti avtomobili ilə dayanacaqdan ayrılıb.