Fəaliyyətini artıq 5 ildir Moskvada davam etdirən Azərbaycanlı gənc müğənni Elnar Xəlilov artıq ölkəmizdə yardıcılığına başlayıb.
ANS PRESS-in məlumatına görə, müğənni "Elohim" adlı yəhudi mahnısına çəkilən klipin ardından, son zamanların məşhur hitinə çevrilən "Soyuqdur mənə" mahnısına klip çəkdirib. Bu barədə "High Life Fashion & Model Academy"-nin baş direktoru və eyni zamanda müğənnin prodüseri Aqil Məmiyev açıqlama verib.
Hazırda müğənninin tanınmış müğənnilərimizdən biri ilə yeni duetinə hazırlaşdığını bildirən prodüser daha sonra bunları söyləyib:
"Elnarla ilk işimiz klip çəklişindən başladı, artıq ikinci klipimiz təqdimatına hazırlaşır. Nəzərinizə çatdıraq ki , hazırda Elnarın üzərində böyük komanda çalışır. Klipin musiqisi yunan bəstəkarı Giorgos Mazonakis, sözləri isə Ali Qafarova aiddir. Klipin rejissoru Elvin İsmanlıdır. Klipin təqdimatı isə 14 iyunda baş tutacaq."
Qeyd edək ki, təqdimatda görkəmli incəsənət nümayəndələri, tanınmış müğənnilər, modellər, aktyorlar və aparıcılar iştirak edəcəklər.