İslamçı lider Bəşər Əsədi təbrik etdi

7-06-2014, 11:07   
İslamçı lider Bəşər Əsədi təbrik etdi
"Suriyada keçirilən prezident seçkilərində seçici fəallığının yüksək olması Qərb qüvvələrinin bu ölkəyə qarşı apardığı təxribatın puça çıxdığından xəbər verir".

ANS PRESS-in məlumatına görə, Hizbullah hərəkatının lideri Şeyx Həsən Nəsrallah ötən gün tərəfdarları qarşısında çıxışı zamanı bu cür açıqlama verib. Çıxışı zamanı Nəsrallah qeyd edib ki, Bəşər Əsədin qələbəsi, eyni zamanda, Suriyanın qələbəsi deməkdir.

"Suriya xalqını bu siyasi nailiyyətə görə təbrik edir, xalqın Bəşər Əsədə olan etibarını alqışlayırıq. Sizə Allahdan sülh və birlik arzulayırıq".

Livanın dini liderlərindən olan Nəsrallah Suriya prezidenti Bəşər Əsədin qatı tərəfdarlarındandır. Avropa və qərb ölkələrinin əksəriyyəti Hizbullah təşkilatını terrorçu qruplaşma hesab edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.