Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 9-dan başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 11-dək Bakı şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Beynəlxalq humanitar hüquq mövzusunda seminarın keçirilməsi planlaşdırılır.
İyunun 13-dək Türkiyənin İstanbul şəhərində NATO-nun Regional Kollektiv Təlim (REGEX 6) seminarında iştirak və Azərbaycan-ABŞ İş Planına əsasən Budva şəhərində (Monteneqro) "Combined Endeavor–2014" təliminin yekun planlaşdırma konfransı nəzərdə tutulub.
Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 4-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu, iyulun 18-dək isə Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpur şəhərində (Pakistan) Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu olacaq.